Original Apollo 11 Yönləndirmə Kompüterinin (AGC) Komanda Modulu (Comanche055) və Ay modulu (Luminary099) üçün mənbə kodu. [Virtual AGC][3] və [MIT Museum][4] əməkdaşları tərəfindən rəqəmsallaşdırılıb. Məqsəd, original Apollo 11 mənbə kodunu ehtiva edən bir repo yaratmaqdır. Buna görə də, bu repodakı transkriptlər ilə original [Luminary 099][5] və [Comanche 055][6] mənbə skanları arasında aşkarlanan xətalarla və ya mənim gözdən qaçırdığım bir fayl ilə əlaqəli pull request-ləri önəmsəyirik.
## Töhfə
Zəhmət olmasa pull request etmədən öncə [CONTRIBUTING.az.md][7] faylını oxuyun.
## Kompilyasiya
Əgər original mənbə kodunu kompilyasiya etmək istəyirsinizsə, [Virtual AGC][8] proyektinə baxa bilərsiniz.
## Atributlar

Lisenziya | İctimai mülkiyyət - ABŞ hökumətinin işi
Comanche055 | Apollo Yönləndirmə Kompüteri (AGC) Komanda Modulu (CM) olan Colossus 2A-nın mənbə kodunun bir hissəsi.
`AGC proqramı Comanche-in NASA tərəfindən yaradılan 055 sayılı birləşdirmə təftişi`
`2021113-051. 10:28 APR. 1, 1969`
Luminary099 | Apollo Yönləndirmə Kompüteri (AGC) Ay Modulu (LM) olan Luminary 1A-in mənbə kodunun bir parçası.
`AGC Proqramı LMY99-un NASA tərəfindən yaradılan 001 sayılı birləşdirmə təftişi`
`2021112-061. 16:27 İYUL. 14, 1969`
Kompilyator | yaYUL
Əlaqə | Ron Burkey <info@sandroid.org>
Sayt | www.ibiblio.org/apollo
Rəqəmsallaşdırma | Bu mənbə kodu MIT muzeyindəki kağız nüsxələrin fotoşəkillərindən uyğunlaşdırılmış və ya köçürülmüşdür. Rəqəmsallaşdırma Muzeyin əməkdaşı Deborah Duqlas tərəfindən təşkil edilib, Paul Fjeld tərəfindən həyata keçirilmişdir. Hər ikisinə də təşəkkür edirəm.
### Əlaqə və Təsdiqlər
*[CONTRACT_AND_APPROVALS.agc]-dan alınmışdır.*
Bu AGC proqramı Colossus 2A kimi də tanınır.
`R-577` hesabatında qeyd edildiyi kimi, bu proqram CM üçün istifadə məqsədli nəzərdə tutulub. Bu proqram DSR `55-23870` layihəsi, Milli Aeronavtika və Kosmos Administrasiyasının Kosmik Gəmilər Mərkəzinin sponsorluğu ilə, Cambridge Mass Massachusetts Texnologiya İnstitutunun Alətlər Laboratoriyası ilə `NAS 9-4065` müqaviləsi əsasında hazırlanmışdır.
Göndərən | Vəzifəsi | Tarix

Margaret H. Hamilton | Colossus Proqramlama Lideri
Apollo Yönləndirmə və Naviqasiya | 28 Mart 1969
Təsdiqləyən | Vəzifəsi | Tarix

Daniel J. Lickly | Direktor, Tapşırıq Proqramı İnkişafı
Apollo Yönləndirmə və Naviqasiya proqramı | 28 Mart 1969
Fred H. Martin | Colossus Layihə rəhbəri
Apollo Yönləndirmə və Naviqasiya Proqramı | 28 Mart 1969
Norman E. Sears | Direktor, Tapşırıq İnkişafı
Apollo Yönləndirmə və Naviqasiya Proqramı | 28 Mart 1969
Richard H. Battin | Direktor, Tapşırıq İnkişafı
Apollo Yönləndirmə və Naviqasiya Proqramı | 28 Mart 1969
David G. Hoag | Direktor
Apollo Yönləndirmə və Naviqasiya Proqramı | 28 Mart 1969
Ralph R. Ragan | Direktor köməkçisi
Alətlər Laboratoriyası | 28 Mart 1969